Qışda əllərimiz və ayaqlarımız çox üşüyür.xa0 O qədər çox ki, hətta bəziləri yatarkən belə corab geyinir.
Bəs görəsən corabla yatmaq sağlamlığa xeyirdir, yoxsa ziyan?xa0
Ayaqların isti saxlanması çox vacibdir. Çünki qarın ağrısı, qaz kimi bir çox problemlər ayaqların üşüməsi nəticəsində meydana çıxır. Bu səbəbdən bir çoxları ayaqlarını isti saxlamaq üçün gecələr də corabla yatır. Lakin ayaqlarınızı isti tutarkən özünüz də bilmədən bir çox problemlərə yol aça bilərsiniz. Corabla yatmağın orqanizmə mənfi təsirləri bunlardır:
1. Qan dövranına mənfi təsir edir.xa0

Corab rezinlərinin uzun zaman ayağı sıxması ayaqda qan dövranını pozur. Bu isə ayaqların qurumasına, dərisinin göyərməsinə və zamanla dırnaqların formasının dəyişməsinə səbəb olur.
2. Eqzema və göbələk yaradır.xa0

Corabla yatmaq tərləməyə səbəb oduğundan və ayaqların hava almasına mane olur və nəticədəxa0 ayaqlarda göbələk infeksiyalarına yol aça bilər. Corabla yatmanın səbəb ola biləcəyi digər xəstəlik isə ayaq dərisində eqzemanın meydana çıxmasıdır. Belə ki, ayaqların nəmli qalması, yaxşı qurulanmaması ayaqda göbələyə səbəb olur. Gecə corabla yatsanız, təbii ki, ayaqlarınız tərləyəcək, hava almayacaq. Bu da göbələk xəstəliyi üçün ideal şərait yaradır.
3. Qaşıntı, qızarma və kəpəklənmə.xa0

Yuyulan corablarda qalan yuyucu tozların qalıqları ilə ayaqların uzun müddətli təmas nəticəsində qıcıqlanan , yaxud da allergik dermatitlər yarana bilər.Bunun nəticəsində ayaqlarda qaşıntı, qızarma və kəpəklənmə kimi problemlər meydana çıxır və bunlarla bərabər qaşınma da yarana bilir.Bu baxımdan corabların təmizliyi çox önəmlidir.Düzgün yuyulub durulanmayan corablar allergik reaksiyalara səbəb olur.
4. Əzələ ağrısına səbəb olur.

İnsan bədənindəki əzələlər yuxuda dincəlib özünü yeniləyir.Lakin corabla yatanda əzələlərin dincəlməsi əngəllənir.Lazımı qədər qan axını olmayanda dincəlməyən əzələlər ağrıyır.Səhər yuxudan daha yorğun və əzələ ağrısı ilə oyana bilərsiniz.
5. Ayaqda şişlik yaranır.

Gündüz uzun müddət ayaq üstə və ya hərəkətdə olduğundan ayaqlarxa0 gecə dincəlməlidir.Yatarkənxa0 corab geysəniz ayaqlar rahat olmaz və ayaqlardakı şişlik çəkilməz.
6. Ayaqlarınızdan iy gələ bilər

Corabla yatanda ayaqlar gecə boyunca tərləyir, neylon corab isə qoxuya səbəb olur.Nə qədər çox yuyulsa da, bəzən qoxu getmir.Mütəxəsislər gecə və gündüz geyilən corabların pambıq corab olmasını məsləhət görür.
Belə ki, ayaqqabılar ayaqları tərlətməyən pambıq corablarla geyilməlidir.Bundan əlavə corablar tez-tez yuyulmalı və dəyişdirilməlidir.Dırnaqlar ətə batmayacaqxa0 şəkildə düz kəsilməli, gigiyenik olmayan avadanlıqlarla manikür-pedikür aparılmamalı, ayaqlar yuyulduqdan sonra barmaq araları yaxşı qurulanmalı və ayaqlara uyğun bir krem istifadə olunmalıdır.






























































































