Xaçmazda göbələkdən zəhərlənən 2-ci qadın da vəfat etdi

Xaçmazda göbələkdən zəhərlənən 2-ci qadın da vəfat etdi

Hazırda oxunan: Xaçmazda göbələkdən zəhərlənən 2-ci qadın da vəfat etdi

218269

Oktyabrın 28-də saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO