Spiker: Türkofob qüvvələr ölkəmizə qarşı sanki yürüşə çıxıblar

Spiker: Türkofob qüvvələr ölkəmizə qarşı sanki yürüşə çıxıblar

Hazırda oxunan: Spiker: Türkofob qüvvələr ölkəmizə qarşı sanki yürüşə çıxıblar

218266

“Avropa Parlamentində Azərbaycanı hədəf alan yalan və saxta məlumatlar üzərində qurulan qətnamə qəbul edilib. Milli Məclis anında bu saxta qətnaməyə qarşı öz münasibətini bildirib”.

Bizim.Media xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Biz ölkəmizə qarşı irəli sürülən cəhəng iddiaları qətiyyətlə rədd edirik. Hesab edirəm ki, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə nəinki ölkəmizə qərəzli münasibət nümayiş etdirir, həmçinin dövlətimizin ərazi bütövlüyünə meydan oxuyur.

Ermənistan Respublikası 30 il müddətində torpaqlarımızı işğal altında saxlayıb, bir milyon soydaşımızı qaçqın və məcburi köçkünlüyə məhkum edib, xalqımıza qarşı cinayətlər törədib.

Nədənsə o dövrdə beynəlxalq ictimaiyyət susmağa üstünlük vermişdi. Vətən Müharibəsindən və antiterror əməliyyatlarından sonra isə Avropa Parlamentində Azərbaycanofob, İslamofob, Türkofob qüvvələr nəzakət qaydalarını kənara qoyaraq ölkəmizə qarşı sanki yürüşə çıxıblar.

Milli Məclis siyasi əməkdaşlığa daim sadiqdir, lakin ölkəmizə qarşı aqressiv ritorikanı qətiyyətlə rədd edir”, - S.Qafarova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO