Tbilisidə müxalifətin mitinqi geniş vüsət alıb.
Bizim.Media xəbər verir ki, etirazçılar yol kənarına çıxaraq parlament binası yaxınlığında avtomobillərin hərəkətini iflic ediblər.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin də iştirak etdiyi etiraz aksiyasında seçkilərin yenidən keçirilməsi tələb olunur.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.
Bizim.Media