Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
Qeyd edək ki, axşam saatlarında Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:47 / 28.10.2024
Lökbatan yolunda qaya parçaları uçdu, DİN hərəkətə keçdi - VİDEO
Hazırda oxunan: Lökbatan yolunda qaya parçaları uçdu, DİN hərəkətə keçdi - VİDEO
Hazırda oxunan: Lökbatan yolunda qaya parçaları uçdu, DİN hərəkətə keçdi - VİDEO
218190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.