Quba Soyqırımı Memorial Kompleksi muzeyinin binası nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

Quba Soyqırımı Memorial Kompleksi muzeyinin binası nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksi muzeyinin binası nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

218182

2013-cü ilin 18 sentyabrından fəaliyyətdə olan Quba Soyqırımı Memorial Kompleksinin muzey binasının dam örtüyü və fasadı qəzalı vəziyyətdədir. Yağışlı havalarda muzeyin daxilinə su damır və bu eksponatlar üçün təhlükə yaradır.

Bizim.Media olaraq bu vəziyyəti hələ bu ilin mart ayından müşahidə etmişik.

31 mart-Azərbaycanlıların Soyqırımı günündə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəisi Səbinə Hacıyeva binanın nə vaxt bərpa ediləcəyi ilə bağlı sual ünvanlamışdıq. Qurum rəsmisi bu barədə məlumatlı olduqlarını, kompleksin təmir olunacağını bildirmişdi. Həmin vaxtdan altı aydan artıq müddət keçib.

İndi vəziyyət necədir?

Erməni vəhşiliyinin əyani sübutları olan Quba Soyqırımı Memorial Kompleksində bərpa işlərinə hələ başlanılmadığını öyrəndik.

Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Xidmətinin mətbuat katibi Fariz Hüseynli sorğumuza cavab olaraq, Quba Soyqırımı Memorial Kompleksi" sinin təmiri üçün hazırlıq işlərinə başlanıldığını bildirib:

"Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi"ndə cari təmir işlərinin aparılması üçün lazımi tədbirlər görülür. Bununla bağlı bir neçə gün öncə mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilib, ölçü işləri aparılıb. Cari təmir işlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır."







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO