Sumqayıtda dəm qazından zəhərlənən ailənin bir üzvü ölüb, digər iki üzvü isə xəstəxanaya yerləşdirilib.
Bu barədə Bizim.Media-ya Sumqayıt Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda qadın dəm qazından boğularaq dünyasını dəyişdi
Bildirilib ki, oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bizim.Media