Bakı metrosunda qatarlar yenə GECİKDİ - VİDEO

Bakı metrosunda qatarlar yenə GECİKDİ - VİDEO

Hazırda oxunan: Bakı metrosunda qatarlar yenə GECİKDİ - VİDEO

218083

“Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

QSC-dən Bizim.Media-ya bildirilib ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib.

Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO