Bu gün - oktyabrın 27-də ermənilərin Bərdə şəhərinin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür.
Bizim.Media xatırladır ki, 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub.
Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həyatını itirib, 14 mülki şəxs yaralanıb.
Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb.
Ümumilikdə isə 2020-ci il oktyabrın 5-i, 8-i, 27-si və 28-də, həmçinin noyabrın 7-də Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 27.10.2024
Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
Hazırda oxunan: Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
Hazırda oxunan: Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
217958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.