Siyəzəndə kanalda tapılan meyitin kimliyi MƏLUM OLUB - ÖZƏL - FOTO

Siyəzəndə kanalda tapılan meyitin kimliyi MƏLUM OLUB - ÖZƏL - FOTO

Hazırda oxunan: Siyəzəndə kanalda tapılan meyitin kimliyi MƏLUM OLUB - ÖZƏL - FOTO

217947

Bu gün Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində aşkar edilən meyitin şəxsiyyəti məlum olub.

Bizim.Media-nın Şimal bürosunun əldə etdiyi məlumata görə, kanalda batan şəxsin Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi Şaiq Elçin oğlu Məmmədov olduğu məlum olub.

Məlumata görə, Samur-Abşeron kanalının Siyəzən rayonunun Eynibulaq kəndindən keçən hissəsində kanalın qırağında bir çoban kişi paltarı görüb. O, dərhal aidiyyəti qurumlara məlumat verib.

Ərazidə axtarışlara başlanılıb və 21yaşlı tələbənin meyiti kanaldan çıxarılıb.

Mərhum ailəsi ilə Siyəzən şəhərində yaşayıb, rəsmi qeydiyyatları isə Eynibulaq kəndinədir.

Onun hansı şəraitdə kanala düşməsini Siyəzən rayon prokurorluğu araşdırır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO