Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Hazırda oxunan: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

217939

Oktyabrın 26-sı saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.

Havanın temperaturu 13 dərəcəyədək istidir.

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Havanın temperaturu Naxçıvan MR-də və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27- si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO