Quba-Xınalıqda uçan körpü ilə bağlı salınan yol GENİŞLƏNDİRİLİR – FOTO

Quba-Xınalıqda uçan körpü ilə bağlı salınan yol GENİŞLƏNDİRİLİR – FOTO

Hazırda oxunan: Quba-Xınalıqda uçan körpü ilə bağlı salınan yol GENİŞLƏNDİRİLİR – FOTO

217895

Quba-Xınalıq yolunun 42-ci km-də uçan körpünün yenisi tikilənədək yol işçiləri gediş-gəlişi asanlaşdırmağa çalışırlar.

Belə ki, Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları Əlik çayının içərisindən müvəqqəti salınan alternativ yolu genişləndirməyə başlayıb.

Sahə rəisi Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, texnika vasitəsi ilə çayın içərisində genişlənmə işləri aparılır.

Hazırda camaat yaylaqdan qışlağa qayıdır, bu ərazidən keçəndə yüngül minik avtomaşınları çətinlik çəkir. Bu səbəbdən çayın içərisində əlavə hamarlama işləri görülür. Üstəlik də çayda su çox olduğundan suyun məcrası bir neçə qola ayrılır.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO