Bıçaqlanan iki yeniyetmənin vəziyyəti NECƏDİR? – TƏBİB-dən AÇIQLAMA

Bıçaqlanan iki yeniyetmənin vəziyyəti NECƏDİR? – TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Bıçaqlanan iki yeniyetmənin vəziyyəti NECƏDİR? – TƏBİB-dən AÇIQLAMA

217879

Xəbər verildiyi kimi ötən gün Xəzər rayonu Buzovna qəsəbəsində iki yeniyetmə bıçaqlanıb. Bıçaqlanan şəxslərdən biri 322 nömrəli məktəbin 11-ci sinif şagirdi, digəri isə həmin məktəbdə oxuyan və 9-cu sinifdən çıxan 17 yaşlı şəxsdir.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəbində DƏHŞƏT – 11-ci sinif şagirdi BIÇAQLANDI - ÖZƏL


Bildirilib ki, 25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.

Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli və 322 nömrəli məktəbin şagirdləri arasında insident yaşanıb. Hadisə zamanı iki yeniyetmə bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə hadisəni törətməkdə şübhəli bilinən F. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO