Şəki və Zaqatalada dönərxanalarda qayda pozuntuları aşkarlanıb - FOTO

Şəki və Zaqatalada dönərxanalarda qayda pozuntuları aşkarlanıb - FOTO

Hazırda oxunan: Şəki və Zaqatalada dönərxanalarda qayda pozuntuları aşkarlanıb - FOTO

217853

Qida Təhlükəsizliyi Agentliyi Şəki və Zaqatalada fəaliyyət göstərən dönərxanalarda reydlər keçirib. Bəzi müəssisələrdə nöqsanlar aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, reyd zamanı Şəki və Zaqatalada dönər satışı həyata keçirilən qida obyektlərində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına, həmçinin dönərin hazırlanmasında istifadə olunan ətin baytarlıq-sanitariya müşayiətedici sənədlərinin olmamasına dair uyğunsuzluqlar müəyyən edilib.
 

Uyğunsuzluqlar aşkar edilən dönərxanalara xəbərdarlıq edilib, fəaliyyətlərini günün tələblərinə uyğun qurmaları barədə bildiriş verilib. Əks halda daha ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılıb.


Agentlik rəsmisi vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə dəvət edir.

Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdiriləcək.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO