FHN: İaşə obyektinin 800 kv/m hissəsi yanıb

FHN: İaşə obyektinin 800 kv/m hissəsi yanıb

Hazırda oxunan: FHN: İaşə obyektinin 800 kv/m hissəsi yanıb

217792

Paytaxtın Nizami rayonunda iaşə obyektinin yanması ilə bağlı saat 17:32-də FHN-in “112” qaynar xəttinə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğınsöndürənlər çağırışdan 4 dəqiqə sonra hadisə yerinə çatıb. Vəziyyət qiymətləndirilib və çoxsaylı çağırışla bağlı qərar qəbul olunub:

“Yanğının digər iaşə obyeltləri və fərdi yaşayış məskənlərinə keçməsinin qarşısı alınıb. Yanğın qısa nüddətdə məhdudlaşdırılaraq tam söndürülüb”.

Qeyd olunub ki, sahəsi 2000 kv/m olan iaşə obyektinin təminən 800 kv/m hissəsi yanıb.

Xəsarət alan olmayıb.

Xatırladaq ki, Bakı şəhəri, Babək prospektində yerləşən obyektlərdən birində yanğın baş verib.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO