DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

217774

Sinoptiklərin məlumatına əsasən, həftəsonu ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə oluna kəskin dəyişməsi, dağlıq ərazilərdə qar yağması gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. 

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı, küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edir. 

"Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - müraciətdə vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO