Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir.
Bizim.Media-ya daxil olan məlumata görə 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.
Məsələni dəqiqləşdirmək üçün 322 nömrəli məktəbin direktoru ilə əlaqə saxladıq. Taleh Şahbazov Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə bıçaqlanma hadisəsi dərsdən kənar vaxtda baş verib.
Yaralı şagirdin vəziyyətinə gəlincə, direktor danışığı yarımçıq kəsərək, sualımıza cavab verməyib.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə, Daxili İşlər Nazirliyinə və TƏBİB-ə sorğu göndərmişik.
Məsələni diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media