Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib

Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib

Hazırda oxunan: Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib

217734

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının nəzdində 3 ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və 5 həkim məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dır.

Bizim.Media xəbər verir ki, bu sözləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov tibb müəssisəsinə təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, 2024-cü ilin yanvar-avqust aylarında tibb müəssisəsinə müraciət edən xəstə sayı ümumilikdə 95 min 24-ə çatıb:

"Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya,  terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, hemodializ şöbələri, laboratoriya fəaliyyət göstərir.  2024-cü ilin ilk 9 ayında isə ambulator xidmət 190 min 291-ə, stasionar xidmət 3 min 986, təcili tibbi yardım xidməti 23 min 951-ə çatıb.  Həyata keçirilən əməliyyatların ümumi sayı 3110, doğum sayı 530, radioloji xidmətlərin sayı 63 min 756, laborator xidmətlərin sayı isə 213 min 512 olub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO