Tovuzda iki qardaş bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.
1952-ci il təvəllüdlü Rafiq Bayramov və onun qardaşı 1961-ci il Ramiz Bayramov yas mərasimində iştirak etmək üçün kəndə gəliblər. Onlar atalarına məxsus evdə yatarkən gecə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu