Avropa Birliyinin (AB) Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorinin başçılıq etdiyi AB ölkələrinin səfirləri sərhəddəki vəziyyətlə yerindəcə tanış olmaq üçün cümə axşamı Zəngəzur mahalına (Sünik vilayəti), Azərbaycanla sərhədə gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət rəhbərliyinin Facebook səhifəsində məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Yeni üçtərəfli saziş bu gün imzalanacaq? - SON DƏQİQƏ
Nümayəndə heyətinə AB-nin Ermənistandakı nümayəndə heyətinin nümayəndələri Jean Plessingner, Silvia Zixi, Çex Respublikasının səfiri Bedrix Kopecki, Fransa səfiri Jonatan Lakot, Almaniya səfiri Mixael Banzhaf, İtaliya səfiri Covanni Dionis, Litva səfiri İnga Stanite-Tolochkiene, Niderlandın səfiri Nikolas Jakob Şermers, Polşanın müvəqqəti işlər vəkili Kristof Bartzak, Rumıniyanın səfiri Kornel İonesku, Slovakiyanın səfiri Miroslav Xaçek, İsveç səfiri Patrik Svenson və Yunanıstanın səfiri Evangelos Turnakis daxil edilib.
Bizim.Media