Axşam saatlarında Şəkinin Aşağı Göynük kəndində dördotaqlı mənzildə yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Aşağı Göynük kənd sakini Zəminə Mustafayevaya məxsus mənzildə baş verən yanğından qonşular xəbər tutaraq müvafiq orqanları məlumatlandırıb.
Hadisə yerinə FHN -in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Bütün səylərə baxmayaraq ümumi sahəsi 176 kvadratmetr olan ol yaşayış evi əşyaları ilə birlikdə yanıb.
Hadisə şahidlərinin sözlərinə görə yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.
Yanğın zamanı ev sahibləri mənzildə olmayıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu