Tanınmış teleaparıcı Günay Novruzqızı fəaliyyətini Naxçıvan televiziyasında davam etdirəcək.
Bizim.Media xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, Naxçıvan televizyasının yeni layihəsi olan “SİMA”lar verilişinin aparıcılığı Günay Novruzqızına həvalə olunub.
Qeyd edək ki, G.Novruzqızı “Lider tv”, “Mədəniyyət tv”, “Xəzər tv” kimi televiziyalarda aparıcı, o cümlədən bir sıra qurumlarda mətbuat katibi vəzifəsində çalışıb.
Bizim.Media