Ötən günlərdə güclü yağan yağış nəticəsində çox sayda avtomabil suyun altında qalaraq zərər gördü. Bu da sürücülərdə sonradan həmin avtomobilləri satışa çıxara bilməyəcəklərinə dair narahatlıq yaradıb. Həm də maşınlarının suyun altında qalması onları əlavə xərcə salıb.
Maraqlıdır, avtomobilin içərisinə su dolmuş mühərrikində hansı problemlər yaranır?
Ümumiyyətlə, satış zamanı maşınların suyun altında qalmış olduğunu necə ayırd etmək olar?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı – VİDEO
Nəqliyyat üzrə ekspert Raqif Raufoğlu Bizim.Media-ya suyun maşına vurduğu zərərlərdən danışıb. Onun sözlərinə görə su dolmuş avtomobilin drenaj sistemi də tutula bilər:
“Insanlar suyun çox olduğu yerə girəndə düşünürlər ki, şüşələri qaldıracaq, heç nə olmayacaq.
Sürücü birinci diqqət etməlidir ki, mühərrikxana suya girməsin. Çünki hər bir mühərrikin içində hava qəbul edən şlank var ki hava payını ordan götürür. Əgər ora su girsə, mühərrik dağıla bilər. Maşınların əksəriyyətinin oturacaqlarının altındakı döşəməsində beyinlər olur. Ən çox ondan qorxmaq lazımdı. Beyinə su getsə, o da böyük bir xərcdir. Bəzən maşının drenaj sistemi də tutula bilər”.
“Alıcılar aldanır”
Ekspert alıcıların diqqət etməli olduğu məqamları da vurğulayıb.
“Müxtəlif səbəblərdən içinə su dolan avtomobilin sonralar fəsadı çürümələrlə meydana çıxa bilər. Sürücü həmin maşının əvvəldən suda batdığını bilmədən alsa, sonradan maşının çürüdüyünü görə bilər. Ya da rənglənməsindən, paslanmadan bilmək olar. Təəssüf ki, satıcılar bunu gizlədərək alıcıları aldada bilirlər”.
Nuray, Bizim.Media