ÇAĞIRIŞÇI: “Əsgərlərimiz torpaq qoymadı, bəs mən haranı almalıyam?”

ÇAĞIRIŞÇI: “Əsgərlərimiz torpaq qoymadı, bəs mən haranı almalıyam?”

Hazırda oxunan: ÇAĞIRIŞÇI: “Əsgərlərimiz torpaq qoymadı, bəs mən haranı almalıyam?”

2176

Keşlədə yaşayan, əsgərliyə çağırış yaşı çatmış oğlanı səfərbərlik xidmətinin əməkdaşı zorla çağırışçıların mindiyi avtobusdan yerə salıb. Deyib çağırışçıların bir qismini hazırda orduya götürməyə imkan yoxdur. Təcrübəli könüllülər çoxdur. Ona görə də, yenicə çağırış yaşına çatan gənclərə hələlik ehtiyac yoxdur. 

Bununla razılaşmaq istəməyən çəlimsiz çağırışçını da avtobusdan düşürmək üçün razılaşsın deyə telefon nömrəsini də verib ki, narahat olma, mənimlə əlaqə saxla, çağırışçıların növbəti toplanışına səni də, mütləq çağıracağıq.

Orduya çağırış xidmətinin əməkdaşı deyir, elə ertəsi gün, saat 9:00-da çağırışçı ona zəng edir:

- Salam, yoldaş mayor. Bu, Keşləli  Nurəhmədov Ağakərim Baba oğludur. Yadınızdadırmı, Siz mənə söz vermişdiniz, əsgərliyə aparmağa...

Səfərbərlik xidmətinin əməkdaşı da cavab verir ki, Ağakərim, bala, işimiz çoxdur. Narahat olma, zərurət yaranan kimi sənə zəng edib, çağıracam.

Əməkdaş nağıl edir ki, saat 14:00-da Ağakərim yenidən zəng edir:

- Salam, bu, Ağakərimdir. Bəs mənim əsgərlik məsələm nə oldu?

Mayor  Kərimov da, yenidən Ağakərimi birtəhər yola verir. Deyir narahat olma, tezliklə çağıracam.

Ertəsi gün saat 09:00 olan kimi, Ağakərim zəng edir:

- Salam, yoldaş mayor. Zəng edən Keşləli çagırışçı Ağakərim Nurəhmədovdur. Bəs Siz mənə söz vermişdiniz, zəng edəcəksiniz...

Mayor yenə də Ağakərimi dilə tutmağa başlayır:

- Ağakərim, bala. Orduya getmək istəyənlər çoxdur. Bizim başımızı qaşımağa vaxtımız yoxdur. Bizi tez-tez narahat etmə. Vaxtı çatanda səni də, çağıracağıq, tələsmə.

Bir sözlə, Səfərbərliyin əməkdaşı deyir, Ağakərimin əlindən telefonu qaldırmaqdan bezmişdim. Axırda səsimi qaldırıb, ötkəm tonla "bəsdir də, Ağakərim. Sən bizi işləməyə qoymursan. Belə getsə səni basaram əsgərliyə. Yekə oğlansan, imkan ver işləyək. Sənə dedim axı, vaxtın çatanda çağıracam..." dedim.

Ağakərim də qayıdır ki, mən başa düşmürəm. Artıq yer qalmayıb, ordumuz hər yeri alır. Odur, əsgərlərimiz Şuşanı da almaq üzrədirlər. Bəs mən haranı almalıyam?..

Hüquqşünas Namizəd Səfərovon səhifəsindən

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO