Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
Bizim.Media "Oxu.az"a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan polkovnik-leytenant X.Babayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
Məlumata görə saxlanılma səbəbi Goranboy rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdəki fəaliyyəti ilə əlaqədardır.
Qeyd edək ki, bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov da saxlanılıb.
Bizim.Media