Astarada vəhşi quş aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Himalay kərkəzi" adlı quş Astara rayonunun Şiyəkəran kəndində həyətyanı sahədə ağacda rast gəlinib.
İki gün ağacda qalan quş sakinlər tərəfindən endirilib.
Bioloq Yunus Qulamovun sözlərinə görə, "Himalay kərkəzi" ilk dəfədir ki, Astarada rast gəlinir:
"Bu quş yırtıcılar dəstəsinə, qarğalar cinsinə aiddir. Onlar özünü müdafiə etmək üçün insana hücum edə bilir. Yaxşı ki, vaxtında bu quş ağacda aşkarlanıb və yerə salınıb. Əks halda uşaqlara zərər yetirə bilərdi".
Qeyd edək ki, bala "Himalay kərkəzi"nin qanadları 2 metrəyə yaxındır. Quş aidiyyəti üzrə təhvil verilib.
Sabutay, Bizim.Media, Cənub bürosu