Müdafiə Nazirliyi sürücü vəzifələrində xidmət etmək istəyənlərin qəbulunu elan edir

Müdafiə Nazirliyi sürücü vəzifələrində xidmət etmək istəyənlərin qəbulunu elan edir

Hazırda oxunan: Müdafiə Nazirliyi sürücü vəzifələrində xidmət etmək istəyənlərin qəbulunu elan edir

217506

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna olmaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- hərbi biletin surəti;

- tərcümeyi-hal;

- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.

Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)

Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO