Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib - FOTO

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib - FOTO

Hazırda oxunan: Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib - FOTO

217468

Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası 22-23 oktyabr tarixində keçirilib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbər – S.Şərifov), İran İslam Respublikasının (rəhbər – Ə.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbər – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbər – M.Petrakov) və Türkmənistanın (rəhbər – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib.

Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.

Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.

YSİQ-in növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO