İcra başçısının sabiq müavininin məhkəməsi BAŞLAYIB

İcra başçısının sabiq müavininin məhkəməsi BAŞLAYIB

Hazırda oxunan: İcra başçısının sabiq müavininin məhkəməsi BAŞLAYIB

217461

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prossesdə təqsirləndirilən Vəfa Allahverdiyevanın anket məlumatları dəqiqləşdirilib.

Digər təqsirləndirilən Təranə Bağırovanın saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsidən məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilsə də, icra olunmayıb. Onun məhkəməyə gətirilməsinin təmin edilməsi ilə bağlı yenidən qərar qəbul edilib.

Məhkəmənin növbəti prosesi noyabrın birinə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev tanınır.

İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
 

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.


Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO