“Əsmanur” bağçasındakı şikayətlə bağlı ARAŞDIRMA BAŞLADI – DİN-dən AÇIQLAMA

“Əsmanur” bağçasındakı şikayətlə bağlı ARAŞDIRMA BAŞLADI – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: “Əsmanur” bağçasındakı şikayətlə bağlı ARAŞDIRMA BAŞLADI – DİN-dən AÇIQLAMA

217433

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Əsmanur” adlı özəl bağçada uşaqlara yatmaları üçün "ketotifen" dərmanı verildiyi ilə bağlı iddialar yayılıb. Belə ki, övladı həmin bağçaya gedən valideyn Elnurə Hüseynova məsələni gündəmə gətirib. O, polisə müraciət edərək, bu addımı atanların cəzalandırılmasını istəyib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, vətəndaş E.Hüseynova oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində fəaliyyət göstərən uşaq bağçasında övladının müəllim tərəfindən döyüldüyünü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsmanur bağçasında uşaqlara yatmaları üçün "ketotifen" verildiyini deyən ana TƏHDİD olunur? – VİDEO


Vətəndaşın müraciəti üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO