“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi”nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.
Bizim.Media xəbər verir ki, Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.
O, 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə “Caspian Kargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.
Qeyd edək ki, “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” 12 fevral 2016-cı il tarixində təsis edilib. Mərkəz müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 23.10.2024
Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU
Hazırda oxunan: Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU
Hazırda oxunan: Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU
217380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.