Rusiyada yaşayan daha bir azərbaycanlı vəkil SAXLANILDI - Elman Paşayevin işi ilə bağlı...

Rusiyada yaşayan daha bir azərbaycanlı vəkil SAXLANILDI - Elman Paşayevin işi ilə bağlı...

Hazırda oxunan: Rusiyada yaşayan daha bir azərbaycanlı vəkil SAXLANILDI - Elman Paşayevin işi ilə bağlı...

217376

Rusiyada yaşayan daha bir azərbayacanlı vəkil Faiq Həsənov saxlanılıb.

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, o, ötən ay Rusiyada həbs edilən azərbayacanlı keçmiş vəkil və iş adamı Elman Paşayevin işi üzrə Donetskdə saxlanılıb.
 

Ehtimallara görə, hüquq müdafiəçisi şəriki vasitəsilə xüsusi hərbi əməliyyatlara gedən məhbuslara pul müqabilində müharibədən yayınmağa kömək edib.


Mənbənin məlumatına görə, o, komandir Viktor Moskalenkonun “sağ əli”dir.

Ehtimal olunur ki, R.Həsənov vasitəsilə E.Paşayevə dələduzluq üçün pul göndərilib. F.Həsənov artıq dindirilmək üçün Moskvaya aparılıb.

Rusiya İstintaq Komitəsinin hərbi istintaq idarəsi faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.

O, Rusiyada səfərbər edilmiş məhbuslara 1,2 milyon rubl qarşılığında xüsusi hərbi əməliyyatda iştirak etməkdən yayınmağa kömək edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO