Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı

Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı

Hazırda oxunan: Anasını və qardaşının həyat yoldaşını bıçaqlayan şəxsin cəzası azaldıldı

217362

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə anasına və qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Hacıbala İsayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az saytına istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilib.


Məhkəmənin hökmü ilə Hacıbala İsayevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi 6 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 3 iyun 2023-cü il tarixində saat 19 radələrində Bərdə rayonu, Mollagüllər kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, iki nəfərə bıçaqla xəsarət yetirilməsi barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO