“Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez öz yerini tapacaq” –  Baş nazir

“Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez öz yerini tapacaq” – Baş nazir

Hazırda oxunan: “Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez öz yerini tapacaq” – Baş nazir

217326
Xəbər veridiyimiz kimi, Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycanda səfərdədir. Bu gün VI Qlobal Bakı Forumunda iştirak edən Binəli Yıldırım Qarabağla bağlı fikirlər də səsləndirib. O, Dağlıq Qarabağla bağlı haqq-ədalətin gec-tez yerini tapacağını deyib: "Bir çox beynəlxalq qruplar və təşkilatlar Dağlıq Qarabağ probleminin mövcudluğunu qəbul etdiyi halda, təəssüf ki, bu istiqamətdə lazımi addımlar atılmır. Haqqın gec, ya tez öz yerini tapacağına əminəm. Yanlış işlər görənlər bunun qarşılığını bir halda görəcək”.

xa0Atlas araşdırmalar mərkəzinin sədri politoloq Elxan Şahinoğlu Moderator.az-a açıqlamasında baş nazirin səsləndirdiyi fikirlər barəsində danışıb:

xa0“Qardaş ölkəylə münasibətlərimiz günü-gündən inkişaf edir, hazırda münasibətlərimiz son dərəcə yüksək səviyyədədir. Keçmişdə olan siyasi təmaslara son illər ciddi layihələr də qoşulub. İqtisadi əlaqələr getdikcə artır və hərbi əməkdaşlıq inkişaf edir. Dünən B.Yıldırımın dünəndən bəri Azərbaycanla, Qarabağlı bağlı söylədiyi sözlər ondan xəbər verir ki, Azərbaycan cəmiyyətinə əməkdaşlığın vəziyyəti haqqında xüsusi mesajlarını çatdırmaqda özü də maraqlıdır.

Картинки

Qarabağ mövzusunda da Ankaranın həssaslığı davam edir. Əməkdaşlıq inkişaf edir və gələcək planda da yəqin ki, əməkdaşlığın inkişafı yönündə müəyyən istiqamətlər yenə müəyyənləşə bilər. Azərbaycan da Türkiyədə böyük zavodlara yatırımlar edib. Bu zavodların bir qismi də bu ilin sonunda işə düşməlidir. Bu da iqtisadi əməkdaşlığa böyük töhfə verəcəkdir”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO