Sevgi, dəyər və türkçülüyə önəm verən Sabir Rüstəmxanlının 75 yaşı tamam oldu.
Bizim.Media xəbər verir ki, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində dünyaya göz açıb.
1963-cü ildə orta təhsilini bitirən Sabir Rüstəmxanlı Azərbayucan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilibr. 1974–1975-ci illərdə ordu sıralarında xidmət edib. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.
MÖVZU İLƏ BAĞLI:
Sabir Rüstəmxanlı: “Ölkə başçıları türk birliyini yaratmaq istəsə, buna heç kim mane ola bilməz”
Azərbaycan, Türkiyə, Rusiya və İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülüb, onun adını bütün türk dünyasında və MDB məkanında tanıtdırıb.
“Sevgim o illərdən gələn qatardır, Bircə kupesi var sənin adına” kimi sətirlərin müəllifi olan Sabir Rüstəmxanlı bütün yaş kateqoriyalarına aid insanlar tərəfindən sevilib. Çünki istər onun siyasi fəaliyyəti, istərsə də yaradıcılığı qəlbləri riqqətə gətirir, insanlarda nikbin gələcəyə inamnı möhkəmləndirib. Onun həyat və yaradıcılığı türkçülük ideyaları ilə qoşa addımlayır.
Sübut kimi onun 2020-ci ilin noyabrında aldığı mükafatlardan birini qeyd etmək olar. Belə ki, Sabir Rüstəmxanlı Türk Ədəbiyyat Fondunun “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI”na layıq görülüb.
Fondun Direktorlar Şurasının bu qərarı onun, ömrü boyu Türk mədəniyyətinə xidmət etməsi, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandırması, milli köklərə söykənən şeirləri ilə Sovetləşməyə çalışan yeni nəsillərə türk kimliyini aşılaması ilə izah edib.
Jurnalistlərin ən böyük mükafatlarından biri isə Sabir Rüstəmxanlı kimi müsahiblərin olmasıdır. Çünki onun kimi millət vəkilləri, siyasətçilər təmsil etdiyi sahələrlə bağlı qələm sahiblərinin heç bir sualını cavabsız qoymur. Bütün bunlar isə Sabir Rüstəmxanlının qüsursuz həyat yoluna dəlalət edən amillərdəndir.
Odur ki, Bizim.Media kollektivi olaraq biz də Sabir Rüstəmxanlının 75 illiyi münasibətilə təbrik edir, bu gün Şuşanı görə bilən ziyalıya Zəngəzura da qədəm qoymağı arzulayırıq.
Bizim.Media