“SOCAR Petroleum” QSC-dən sabiq müşavirlə bağlı AÇIQLAMA

“SOCAR Petroleum” QSC-dən sabiq müşavirlə bağlı AÇIQLAMA

Hazırda oxunan: “SOCAR Petroleum” QSC-dən sabiq müşavirlə bağlı AÇIQLAMA

217316

Xəbər verildiyi kimi “SOCAR Petroleum” QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərlinin həbs edilməsi ilə bağlı “Qafqazinfo.az” xəbər portalında məlumat dərc edilmişdi.

Bizim.Media informasiya portalında da həmin xəbər istinadla dərc olunmuşdu.

Məsələ ilə bağlı “SOCAR Petroleum” QSC-nin rəsmi email ünvanından (press@socar-petroleum) Bizim.Media-ya həmin xəbərin həqiqətəuyğun olmadığı ilə bağlı təkzib məktubu ünvanlanıb:

Məktubu olduğu kimi təqdim edirik:
 

“21 oktyabr 2024-cü il tarixində kütləvi informasiya vasitələrində əsassız olaraq mənim işgüzar nüfuzumu ləkələyən məlumatlar yayılıb. Bildirirəm ki, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən barəmdə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilib.


Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin 21.10.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə barəmdə inzibati tənbeh tətbiq edilib. Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.10.2024-cü il tarixli ləğv edilərək barəmdə İXM-nin 528.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilib. Qeyd olunanları nəzərə alaraq xahiş edirəm 22.10.2024-cü il tarixdə mənim barəmdə KİV səhifələrində yerləşdirilən məlumatlara dair təkzib verilsin.
Hörmətlə, İlqar Əkbərli”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO