Azərbaycanda 11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirlərin keçirilməsi ilə əlaqədar tələbələr distant təhsil alacaqlar. Nazirlər Kabinetinin qərarına görə, Bakı, Abşeron və Sumqayıtda ali, orta ixtisas və peşə məktəblərində dərslər onlayn formada keçiriləcək.
Bildiyimiz kimi, koronavirus pandemiyası zamanı da infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə bütün təhsil ocaqlarında təhsil distant formada təşkil edilmişdi. Lakin həmin vaxt bununla bağlı bir sıra problemlər yaşandı. Bu problemlər əsasən internetin sürəti və keyfiyyəti, tələbə və şagirdlərin hamısında kompüter, planşet və telefonların olmamasından irəli gəlirdi.
Bəs indi necə təhsil sistemi distant təhsilə tam hazırdımı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, dərslərin distant formada keçiriləcəyi təhsil müəssisələrində bununla bağlı plan hazırlanıb:
“Nazirlər Kabinetinin müvafiq qərarı ilə 12-22 noyabr tarixlərində COP29 tədbirinin keçirildiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən peşə təhsili müəssisələrində təhsil distant təhsilə keçirilib. Tədrisin onlayn formada həyata keçirilməsi forması bizdə pandemiya dövründən də var.
Öncədən bəlli olduğu üçün bütün ali təhsil müəssisələri müvafiq proqramlar üzərindən hansı tədbirlərin görüləcəyi ilə bağlı müvafiq tədbirlər planı qəbul edib. Nazirlər Kabinetinin qərarı avqust ayının 1-dən verildiyi üçün keçən müddət ərzində bütün ali təhsil müəssisələrində bununla bağlı məlumat var”.
O bildirib ki, 4 il öncə ilə müqayisədə internetin keyfiyyəti yaxşılaşıb:
“Distant təhsil həyata keçirəcək təhsil müəssisələrində tədris qəbul edilmiş tədbirlər planına uyğun olaraq həyata keçiriləcək. Düşünürəm ki, çətinlik, sıxıntı olmayacaq və hazırda 4 ildən bundan öncəki zamanla müqayisə etsək ölkədə internetin sürəti, keyfiyyəti nəzərə çarpan dərəcədə yaxşılaşıb. Ona görə də pandemiyada dövründə olan müəyyən çətibliklərin artıq olmayacağını düşünürəm”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 23.10.2024
Universitetlər distant təhsilə HAZIRDIR?
Hazırda oxunan: Universitetlər distant təhsilə HAZIRDIR?
Hazırda oxunan: Universitetlər distant təhsilə HAZIRDIR?
217279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.