Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsi təmir olunub - FOTO/VIDEO

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsi təmir olunub - FOTO/VIDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsi təmir olunub - FOTO/VIDEO

217239

Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO