Göygöl rayonunun ərazisində, Gəncə çayının kənarında tapılan qadın meyitinin kimliyi müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi informasiyaya görə, Göygöl Rayon Polis Şöbəsinə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində çayın içərisində aşkar edilən meyitin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Şərqiyyə Məmmədova olması müəyyən edilib.
Mərhum Ruhi-Əsəb Dispanserində qeydiyyatda olub və ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu