Gəncədə avtomobillərdən oğurluq edən şəxs TUTULDU

Gəncədə avtomobillərdən oğurluq edən şəxs TUTULDU

Hazırda oxunan: Gəncədə avtomobillərdən oğurluq edən şəxs TUTULDU

217187

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində “Mercedes” markalı avtomobildən 480 manat dəyərində akkumulyator və 4 ədəd səsgücləndirici oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna bildirdiyinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Kərim Məmmədov saxlanılıb.

Şübhəli şəxsin ətrafında davam etdirilən istintaq tədbirləri nəticəsində onun oktyabr ayının müxtəlif vaxtlarında bir neçə avtomobildən 2535 manat nağd pul və 1000 manata yaxın müxtəlif avtomobil aksesuarlarını oğurlması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO