“ADY ilə bağlı şikayət məktubundakı iddialar tam əsassız və böhtan xarakterlidir” – RƏSMİ AÇIQLAMA

“ADY ilə bağlı şikayət məktubundakı iddialar tam əsassız və böhtan xarakterlidir” – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “ADY ilə bağlı şikayət məktubundakı iddialar tam əsassız və böhtan xarakterlidir” – RƏSMİ AÇIQLAMA

217175

“ADY ilə bağlı mətbuatda yayılan məktubda qeyd olunan iddialar tam əsassız və böhtan xarakterlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

“Qeyd edilmiş iddialarla bağlı qarşı tərəfin əlində hər hansı sübut varsa, həmin faktların şəffaf qaydada araşdırılması üçün ADY və hüquq mühafizə orqanlarına təqdim edə bilər”, – deyə S.Nəzərova əlavə edib.

Qeyd edək ki, bu gün “demokrat.az” saytında ADY ilə bağlı şikayətlər haqqında şikayət məktubu dərc olunub. Məktubda qeyd olunur ki, ADY-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinin rəisi Elxan İsmayılov 2 il öncə rəis təyin olunandan bəri sahədə kütləvi ixtisarlar və özbaşınalıqlar baş verir. E.İsmayılovun öz vəzifəsindən sui-istifadə edərək kollektiv arasında dövlətə, dövlət qurumlarına olan etibarı, inamı sarsıtdığı bildirilir:

“Elxan İsmayılov qanunun alililiyinə hörmət etmir. Deyir ki, onun arxasında Qəzənfər Abdulazimov dayanıb (işarəvermə və rabitə xidmətinin rəisi). Eləcə də bu haqda qurumun sədri Rövşən Rüstəmovun və departamentin sədri Elçin Zülfüqarovun da xəbəri var, lakin E.İsmayılova qarşı tədbir görülmür”.

İddialara görə E.İsmayılovun işə qəbul imtahanında iştirak etməyən və dəmir yolu sahəsində qeyri-peşəkar olan tanışları idarədə yüksək vəzifələrə təyin olunublar:

“Hal-hazırda dəmir yollarında yenidənqurma işləri gedir. E.İsmayılovun tapşırığı ilə köhnə polietilen kabellərin dəmir üzlükləri təmizlənərək , təzə kabellərin əvəzinə istifadə olunur. Köhnə qurğular yeni kimi təqdim olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO