Gecə saatlarında normadan dəfələrlə artıq yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, "Bağırov" korpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.
Bizim.Media xəbər verir ki, əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.
Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.
Bizim.Media