Yağış Bakı və Abşeronda fəsadlar yaratdı: 8 nəfər təxliyə edildi - FOTO-VİDEO

Yağış Bakı və Abşeronda fəsadlar yaratdı: 8 nəfər təxliyə edildi - FOTO-VİDEO

Hazırda oxunan: Yağış Bakı və Abşeronda fəsadlar yaratdı: 8 nəfər təxliyə edildi - FOTO-VİDEO

217165

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. “Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, - deyə nazirlikdən bildirilib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO