Qəbələ sakininə məxsus minik avtomobili yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Mirzəbəyli kənd sakininə məxsus “VAZ” markalı minik avtomobili hərəkətdə olarkən mühərrik hissədən alovlanmağa başlayıb. Hadisə yerinə Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Avtomobilin yanar hissələri və salonu yanıb.
Yanğın zamanı ətrafdakı tikili və digər avtomobillər mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin mühərrikdə benzin sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu