Naxçıvanda 31 yaşlı həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Naxçıvanda 31 yaşlı həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Hazırda oxunan: Naxçıvanda 31 yaşlı həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

217121

Bu il iyunun 29-da Naxçıvan şəhər Tumbul kənd sakini 1993-cü il təvəllüdlü Rahib Abdullayevin öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurluğunun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, ibtidai istintaqla 1974-cü il təvəllüdlü Kərim Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu və həmkəndlisi Rahib Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən şəhər prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO