Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də açıqlamasında bildirib..
MÖVZU İLƏ BAĞLI:
Operativ Qərargah karantinin yumşaldılması ilə bağlı müzakirələr aparır – SON DƏQİQƏ
Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq:
“Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır”.
Bizim.Media