Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Hazırda oxunan: Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

217082

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 
 

"Mövcud hava şəraitinin yol hərəkəti iştirakçılarına yaratdığı çətinliklərlə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, son iki gündə qeydə alınan yol qəzalarının təhlili verilən tövsiyələrə daha ciddi əməl olunmasının vacibliyindən xəbər verir. 


Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı hava ilə əlaqədar bir daha avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onlardan yağışlı, dumanlı havalarda sürüşmə ehtimalının dəfələrlə artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını nəzərə alaraq, sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, avtomobillərinin mövsümə uyğun təchiz olunmasını təmin etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamağı xahiş edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO