Ötən həftə azad edilmiş ərazilərdə 249 mina zərərsizləşdirilib

Ötən həftə azad edilmiş ərazilərdə 249 mina zərərsizləşdirilib

Hazırda oxunan: Ötən həftə azad edilmiş ərazilərdə 249 mina zərərsizləşdirilib

217072

Azad olunan ərazilərdə sentyabrın 14-20 oktyabrda 49 tank əleyhinə mina, 200 piyada əleyhinə mina, 763 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 470.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO