İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda TUTULDU - FOTO

İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda TUTULDU - FOTO

Hazırda oxunan: İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda TUTULDU - FOTO

217034

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Bizim.Media Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO