Şəki şəhər Hüseyn Sarabski küçəsində yaşayan Akif Hacıbabayevə məxsus altı otaqlı mənzildə yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Görülən təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı vaxtında alınıb. Lakin mətbəxdəki əşyalar tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu